03 iyun 2025 17:25
209

TPAO şirkəti bu Sazişə  qoşuldu - Sənədlər imzalandı

TPAO şirkəti “Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə  qoşulub

3 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində TPAO şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə  qoşulmasına dair sənədlər imzalanıb.

“İki sahil” xəbər verir ki,  kəşfiyyat işləri dövründə bp şirkətinin operator olacağı yeni razılaşmaya əsasən, layihə üzrə bp və SOCAR 35 faiz, TPAO isə 30 faiz paya sahib olacaq.

Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında SOCAR ilə bp arasında “Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş” imzalanıb.