Azərbaycan Ordusunun nümayəndələri NATO-nun "Qətiyyətli Güc-2025" (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib.
“İki sahil” xəbər verir ki, Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib.
Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib.
Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.
Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub