Ölkəmizdə səfərdə olan Polşa Respublikasının Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimat izləyiblər. Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar.
Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndələrin sualları ətraflı şəkildə cavablandırılıb.
Yekunda nümayəndə heyəti institutun muzeyi ilə də yaxından tanış olub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub