Sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampla münaqişədən sonra "X" sosial şəbəkəsində izləyicilərindən ABŞ-yə yeni siyasi partiyanın lazım olub-olmadığını soruşub.
“İki sahil” xəbər verir ki, bu ideyanı onun sorğusunda iştirak edənlərin 80.4%-i dəstəkləyib.
Sorğuda 5 630 775 nəfər iştirak edib, onlardan 4 500 000-dən çox respondent bu ideyanı dəstəkləyib.
"Yeni partiyanın yaradılması zərurəti ilə sorğuda iştirak edənlərin 80%-i razılaşıb. Bu, taledir", - deyə Mask yekunlaşdırıb.
Mask və Trampın münasibətləri bu yaxınlarda korlanıb. Milyarder ABŞ prezidentinin "vahid, böyük və gözəl" adlandırdığı federal xərclərin azaldılması haqqında qanun layihəsini kəskin tənqid edib.
Is it time to create a new political party in America that actually represents the 80% in the middle?
— Elon Musk (@elonmusk) June 5, 2025