"Almaniyanın bugünkü hakim elitası vəziyyətin gərginləşməsi üçün ilkin şərtlər yaradır, ölkələrimiz arasında toqquşmalara səbəb olur. Almaniya xalqının bunu istəyib-istəməməsi sualdır. Biz bunu istəmirik. Amma bu baş verərsə, biz hazırıq".
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bundestaqın (Almaniya parlamenti) sədri Yuliya Klöknerə və Almaniya parlamentinin siyasi fraksiyalarının rəhbərlərinə müraciətində bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”