07 iyun 2025 10:10
110

Tramp Maskın narkoman olduğunu düşünür

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərindən sahibkar İlon Maskın son 48 saat ərzindəki davranışının narkotikdən istifadə ilə əlaqəli ola biləcəyini düşünüb-düşünmədiklərini soruşub.

İki sahil”in məlumatına görə, CNN telekanalının mənbəsi bildirib ki, Tramp Maskın ehtimal olunan narkotikdən istifadə ilə maraqlanıb, lakin bu məsələni açıq şəkildə müzakirə etməkdən imtina edib.

"Mən narkotikdən istifadə məsələsini şərh etmək istəmirəm", - o prezident təyyarəsində bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ Prezidenti ilə Mask arasında ittihamlarla müşayiət olunan mübahisə gedir.