07 iyun 2025 11:16
121

Masallının 6 kəndində qaz kəsiləcək

İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.