Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki S.M.Kirov adına Hərbi Tibb Akademiyasında klinik ordinatura və baza ali tibb təhsili səviyyələri üzrə təhsil alan azərbaycanlı məzunların buraxılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Müvafiq təhsil səviyyələrini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar və döş nişanları təqdim edilib.
Cari ildə bu ali hərbi təhsil müəssisəsindən klinik ordinatura səviyyəsi üzrə 8 və baza ali tibb təhsili səviyyəsi üzrə 2 Azərbaycan Ordusunun tibb xidməti zabiti məzun olub. Baza ali tibb təhsili səviyyəsi üzrə təhsil alan tibb xidməti leytenantı Rəşad Dəvrişov akademiyanı fərqlənmə ilə bitirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub