Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.
“İki sahil” xəbər verir ki, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub