Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlarla təlim keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloq "Sxem terapiyası" təlimində dinləyicilərə ətraflı məlumat verib. Psixoloji problemlərin aradan qaldırılmasında, şəxsiyyət pozuntularının müalicəsində bu üsulun düzgün tətbiqi öyrədilib.
Təlim zamanı interaktiv metodlardan istifadə olunmaqla müasir təcrübələrə əsaslanan terapiya üsullarının faydaları izah edilib, praktiki çalışmalar yerinə yetirilərək qazanılan biliklər möhkəmləndirilib.
Dinləyicilər tərəfindən mövzu diqqətlə mənimsənilib, təlimçilər maraq doğuran suallara geniş şəkildə cavab veriblər.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb