Polşanın paytaxtı Varşavada 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Matsey (Məmməd) Sulkeviç və Vəli bəy Yadigarovun xatirələri yad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova sosial şəbəkədə yazıb.
“Silahlı Qüvvələr Günü münasibətilə səfirlik və Varşavanın Praqa-Poludne rayonunun meri Polşa və Azərbaycan mənşəli 2 görkəmli hərbi xidmətçinin – general Matsey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsini anmaq üçün Yuzef Polinski parkında anım mərasimi keçiriblər”, – diplomatın paylaşımında qeyd olunub.
Onun sözlərinə görə, tədbirə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və bələdiyyə nümayəndələri, habelə deputatlar, Milli Yaddaş İnstitutunun rəhbərliyi, ölkənin müftisi Tomaş Miskeviç qatılıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub