İyunun 27-də Türkiyə paytaxtında səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak tərəfindən qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, sonra tərəflər arasında görüş keçirilib. Həmin gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qardaş ölkənin Milli Müdafiə Nazirliyində bildirilib ki, görüşdə Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak iştirak edib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub