Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirə başsağlığı ünvanlayıb.
“İki sahil” xəbər verir ki, başsağlığında deyilir:
"İyunun 28-də Pakistanın Şimali Vəziristan bölgəsində 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub