30 iyun 2025 01:12
144

Zəfərimizin enerji simvolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında çıxışı zamanı bir daha vurğuladı ki, enerji təhlükəsizliyi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti uzunmüddətli, düşünülmüş və sabitlik üzərində qurulub. Bu siyasət nəticəsində ölkə həm daxili tələbatı tam qarşılayır, həm də enerji ixrac edən aparıcı dövlətlərdən birinə çevrilib.

Yeni enerji obyektlərinin istismara verilməsi, o cümlədən “8 Noyabr” Elektrik Stansiyası kimi mühüm layihələr, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də dayanıqlı inkişafına xidmət edir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyimizin təmin olunmasında əsas amillərdəndir.

Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlar, xüsusilə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda enerji sabitliyinin də təminatçısına çevrilməsinə şərait yaradır.

8 Noyabr” Elektrik Stansiyası Zəfərin rəmzidir: Stansiyaya “8 Noyabr” adının verilməsi Vətən müharibəsində əldə olunan tarixi Qələbəyə həsr olunmuşdur. Bu həm də enerji sahəsində əldə edilən uğurların milli qürurla əlaqələndirilməsidir.

Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyası təkcə mühüm enerji obyektinin istifadəyə verilməsi deyil, eyni zamanda Azərbaycan xalqının tarixi Zəfərinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Stansiyanın “8 Noyabr” adlandırılması, 2020-ci il Vətən müharibəsində əldə edilən Qələbəyə – Qarabağın azadlığına gedən yolun simvolik ifadəsidir.Bu addım dövlətimizin zəfər tarixini yalnız hərbi sahədə deyil, həm də iqtisadi və infrastruktur uğurları ilə tamamladığını göstərir. “8 Noyabr” adı Azərbaycan xalqının milli qürurunu, əzmini və suverenlik uğrunda apardığı mübarizənin nəticəsini əks etdirir.

Yeni elektrik stansiyası həm də enerji sahəsində əldə olunan nailiyyətlərin, ölkəmizin sənaye və iqtisadi inkişaf potensialının real göstəricisidir. Beləliklə, bu obyekt həm texniki, həm də mənəvi baxımdan strateji əhəmiyyət daşıyır – Zəfərin enerjiyə, enerjinin isə gələcəyə çevrilmiş rəmzidir.

Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi Azərbaycanın milli maraqlarını qoruyan və strateji sabitliyi təmin edən əsas prioritetlərdən biridir.

Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə ölkəmiz enerji sahəsində mühüm nailiyyətlər əldə edib. Azərbaycanda daxili enerji tələbatı tam şəkildə yerli imkanlar hesabına ödənilir, bu isə ölkəni xarici asılılıqdan qoruyur. Eyni zamanda, yeni enerji mənbələrinin istifadəyə verilməsi Azərbaycanın ixrac potensialını daha da artırır və ölkəmizi regionun aparıcı enerji ixracatçılarından birinə çevirir.

“8 Noyabr” Elektrik Stansiyası kimi layihələr enerji sisteminin sabitliyini və dayanıqlığını gücləndirir, iqtisadi inkişafa və sənaye gücünün artmasına töhfə verir. Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirilən siyasətin yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm strateji baza formalaşdırdığını bildirib.

F.Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi