ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Havana ilə bağlı siyasətinin sərtləşdirilməsinə dair memorandumu bütün Kuba xalqının hüquqlarını pozan cinayət siyasətini nümayiş etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla “X” sosial şəbəkəsində bildirib.
“Bu gün ABŞ hökumətinin Kubaya qarşı açıqladığı prezident memorandumu bütün Kuba xalqın üçün təcavüzü və iqtisadi blokadanı gücləndirir, bizim inkişafımıza əsas maneədir. Bu, bütöv bir xalqın hüquqlarını pozan cinayət siyasətidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyasına ölkənin Kuba ilə bağlı siyasətini effektiv şəkildə sərtləşdirməyə dair sərəncam verib.