01 iyul 2025 09:50
205

Kərkük hava limanına raket düşüb

İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına 3 raketin düşüb.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfərin yaralandığı bildirilib.

Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasının yaydığı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənşəyi məlum olmayan 3 raket hava limanına düşüb.

Raketlərdən ikisi hava limanının hərbi ərazisinə, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket otluq ərazidə yanğına səbəb olub.

Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hava limanının uçuş-enmə zolağına və digər obyektlərinə heç bir ziyan dəyməyib.

Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəməyən mənbə bildirib ki, raket Kərkükün Urube rayonuna düşüb.

Mənbə raketin rayonda bir evin damına düşdüyünü və hadisə zamanı evə ziyan dəydiyini, hadisə zamanı itki olmadığını bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”