ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyulun 1-də xarici yardım proqramlarını rəsmən dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.
"İyulun 1-dən USAİD rəsmi olaraq xarici yardımını dayandıracaq. Administrasiyanın siyasətinə uyğun gələn və Amerikanın maraqlarını irəli sürən xarici yardım proqramları Dövlət Departamentinə keçəcək və burada onlar daha çox hesabatlılıq, strategiya və effektivliklə həyata keçiriləcək", - deyə, o, Substack platformasında yazıb.
Rubio bunu “qlobal tərəfdaşlıq, sülh, investisiya və rifahın yeni dövrünün başlanğıcı” adlandırıb.