03 iyul 2025 20:04
186

"Ulduz müharibələri" filmindəki rolu ilə tanınan britaniyalı aktyor vəfat edib

"Ulduz müharibələri" filmindəki "Admiral Piet" obrazı ilə tanınan britaniyalı aktyor Kennet Kolli 88 yaşında koronavirusun yaratdığı sətəlcəm xəstəliyindən vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

"O, yıxıldıqdan sonra qolundan zədə alaraq xəstəxanaya yerləşdirildi, lakin o, pnevmoniyaya çevrilən koronavirusa yoluxdu. O, dostlarının əhatəsində dinc şəkildə öldü", - deyə, nəşr qeyd edib.