Vətəninə ürəkdən bağlanan Tofiq Ağaquliyev elə onun yolunda canını fəda edib. 30 il düşmən tapdağında olan Qarabağımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazıb. İndi aramızda olmasa da, Tofiqin adı çəkiləndə bütün Azərbaycan xalqı onunla qürur hissi duyur və zaman-zaman da millətin fəxri olaraq ürəklərdə yaşayacaq.
2000-ci ildə Cəlilabad şəhərində işıqlı dünyaya gələn Tofiq Rafiq oğlu Azərbaycanın hər qarış torpağını canından artıq sevirdi. 44 günlük haqq savaşımızda bir daha bu ilahi sevgi ilə sübut etdi ki, Vətəndən, torpaqdan müqəddəs heç nə yoxdur. Uşaqlıqdan ürəyində bəslədiyi bu müqəddəslik naminə son damla qanına qədər döyüşdü. Elə Tofiq 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi həbi xidmətə belə amalla yola düşüb. Yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqla arzusuna çatıb. Sinəsini Vətənə sipər edəndə ömrünün 20-ci ilini yaşayırdı Tofiq. Bir anın içində qəhrəmana çevrilən zəfər şəhidimizin həyat yolu Vətənə, torpağa sonsuz məhəbbət mücəssəməsinə döndü, gələn nəsillərə örnək oldu...
Azərbaycan Ordusunun əsgəri Tofiq Ağaquliyev İkinci Qarabağ müharibəsi başlanan kimi düşmənlə savaş girib. İlk gündən oktyabrın 28-dək min əzab-əziyyətli, odlu-alovlu yollar keçib. İşimiz haqq olduğuna görə qələbəyə böyük ümid bəsləyib, ən gərgin nöqtələrdə döyüşüb, ölümün gözünə dik baxa-baxa yağıya qan qusdurub. Ən əsası döyüşdən-döyüşə Tofiqin məhv etdiyi erməni dığaların sayı bilinməyib.
Tofiqin son savaşı Suqovuşanda olub. Qeyri-bərabər müharibə meydanında axırıncı gülləsini də düşmənin başına çaxıb. Vətənin, millətin xoşbəxt gələcəyi üçün çəkinmədən canını qurban verib. Tarixə yazılan hünər sahibi olmaqla əbədilik qazanıb.
“Təki Vətən yaşasın”-deyib ürəyi dayanan Tofiq Ağaquliyev dövlət tərəfindən “Vətən uğrunda”, Suqovuşanın azadlığına görə medallarla təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü