Türkiyədə minik maşını ilə mikroavtobus toqquşub.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Bayburtda baş verən qəzada ana və 3 yaşlı oğlu ölüb, 6 nəfər yaralanıb.
Bildirilir ki, Polşa dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü adı açıqlanmayan acnəbi olub.
Hadisə yerinə AFAD, xilasetmə, polis və təcili tibbi yardım qrupları göndərilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”