14 iyul 2025 10:17
106

Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb

Türkiyədə cari il ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 910 nəfər şübhəli şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O qeyd edib ki, daha 1 006 nəfər barəsində məhkəmə nəzarəti qərarları qəbul edilib.