14 iyul 2025 13:07
106

ABŞ investorları Odessada taxıl terminalını yenidən işə salacaqlar

ABŞ-ın Argentem Creek Partners və Innovatus Capital Partners fondları Odessadakı Olimpex taxıl terminalına nəzarəti ələ keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Argentem Creek Partnersin ortağı Con Patton, terminalı yayda və ya sentyabrda yenidən işə salmaq istədiyini söyləyib. Nəşrin məlumatına görə, terminalı isveçli sahibkar Karl Sturen idarə edəcək.