16 iyul 2025 15:47
145

Mosul beynəlxalq hava limanının açılışı olub

İraqın Nineviya vilayətində yenidən qurulan Mosul beynəlxalq hava limanının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Baş nazir Məhəmməd Şiya əs-Sudani iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibliyinin açıqlamasında bildirilib.

Bildirilir ki, hava limanı iki aydan sonra tam fəaliyyətə başlayacaq. Aeroportu idarə edəcək şirkətin seçimlərinə başlanıb.

Qeyd olunur ki, İŞİD terror təşkilatının Mosulu işğal etdiyi zaman hava limanına böyük ziyan dəyib. Şəhər azad ediləndən sonra aeroport yenidən qurulub, əlavə binalar tikilib.