17 iyul 2025 00:43
129

İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq niyyətindədir

İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq və onun sərhədlərində təhlükəsizliyi təmin etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, İsrailin Suriyada maraqlarının hər hansı pozulması cavabsız qala bilməz:

“Bizim Suriyadakı maraqlarımız bəlli, məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bu sahədə İsrailə qarşı təhdidlərin qarşısını almaq. İkincisi, güclü və davamlı əlaqəmiz olan druz icmasına zərərin qarşısını almaqdır”.