17 iyul 2025 15:38
143

Macarıstan üç Ukrayna hərbi komandirinə sanksiya tətbiq edib

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto mətbuat konfransında bildirib ki, Macarıstan hökuməti Zakarpatyada məcburi səfərbərlik zamanı etnik macarın ölümündə iştirak edən üç ukraynalı hərbi komandirə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu gün biz bu şəxslərin hər üçünün Macarıstana girişini qadağan etmək üçün tədbirlər gördük", - deyə, o, bildirib.

Siyarto xatırladıb ki, Budapeşt Aİ-yə Ukrayna Quru Qoşunlarının Baş Qərargah rəisini, Qərb Əməliyyat Komandanlığının komandanı və Ukrayna Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinin rəisini siyahıya əlavə etməyi təklif edib.

Macarıstan Aİ-ni iyulun 16-da bu hərbçilərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.