Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı alayının komandirini öldürüb.
“İki sahil” "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Xortitsa" əməliyyat-strateji qüvvələr qrupunun bəyanatında bildirilib.
Əməliyyat məlumatlarına görə, öldürülən komandir, polkovnik Lebedev Xarkov vilayətində Velikoburluk istiqamətində hücum əməliyyatlarına rəhbərlik edirdi.