28 iyul 2025 17:39
221

SOCAR İMF ilə bərpa olunan enerji və qaz ixracı infrastrukturunu müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (İMF) arasında bərpa olunan enerji və qaz ixracı infrastrukturu barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, bu müzakirələr SOCAR-da İMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlərdən söz açılıb.

O cümlədən bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.