29 iyul 2025 08:24
123

Nyu-Yorkun mərkəzində atışma olub, ölənlər var

Nyu-York şəhərinin Manhetten bölgəsindəki ofis binasında baş verən atışmada azı beş nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, polis silahlı şəxsin Las-Veqasdan olan Şeyn Tamura adlı şəxs olduğunu və hadisə zamanı özünü öldürdüyünü açıqlayıb. Bildirib ki, şübhəli şəxsin psixi problemləri var.

Hadisə nəticəsində daha bir nəfər yaralanıb və vəziyyəti ağır olaraq qalır.