02 avqust 2025 08:36
117

Pentaqon dünyanın ən böyük silah istehsalçısı ilə 50 milyard dollarlıq müqavilə bağlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) silah və aerokosmik sistemlərin ən böyük istehsalçısı olan RTX Corporation şirkəti ilə 50 milyard dollar dəyərində, 20 il müddətinə qüvvədə olacaq müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi açıqlamada bildirilir.

Qeyd olunur ki, müqavilə çərçivəsində işlər həm ABŞ-ın kontinental ərazisində, həm də ölkə hüdudlarından kənarda həyata keçiriləcək.

Sözügedən müqavilənin əsas sifarişçiləri ABŞ Ordusu, Müdafiə Logistika Agentliyi və ABŞ Müdafiə Nazirliyidir.