02 avqust 2025 17:08
101

Malinin keçmiş baş naziri sosial şəbəkədəki paylaşımına görə mühakimə olunacaq

Malinin keçmiş baş naziri Mussa Maraya hökuməti tənqid edən sosial şəbəkə paylaşımına görə ittiham irəli sürülüb.

“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, siyasətçi ölkəni idarə edən hərbi rejimi demokratik məkanı daraltdığına görə tənqid edib.

“Prokuror onu dövlətə etimadı sarsıtmaq və yalan məlumat yaymaq kimi cinayətlərdə ittiham edib”, - sabiq baş nazirin vəkili Mountaqa Tall bildirib.

Mara iyulun 4-dən etibarən sosial şəbəkədəki paylaşımına görə ötən ay bir neçə dəfə dindirilməyə çağırılıb.

Qeyd edək ki, Maraya qarşı iş Malidə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda baş verir.