05 avqust 2025 11:07
107

"Politico": Aİ Çinə qarşı sanksiyalar tətbiq etmək istəyir

Avropa İttifaqı Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına dəstək üçün İHA tədarükünə görə Çinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” anonim avropalı diplomatın sözlərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüssel bu fəaliyyətlə məşğul hesab etdiyi Çin şirkətləri və maliyyə institutlarına qarşı məhdudiyyətlər tətbiq etmək niyyətindədir. "Politico"nun mənbəsi qeyd edib ki, sanksiyalarla yanaşı, Aİ Pekinlə dialoqu davam etdirməyi planlaşdırır.

Çin şirkətləri Aİ tərəfindən 18-ci anti-Rusiya sanksiyalar paketinə daxil edilib.