09 avqust 2025 08:19
127

Yerdəki maqnit qasırğası G1 səviyyəsinə çatıb

Yerdəki maqnit qasırğası G1 (zəif) səviyyəsinə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirilib.

"G1 maqnit pozğunluğu səviyyəsi qeydə alınıb", - deyə İnstitutdan bildirilib.

Bundan əvvəl İstitutun laboratoriyasının "Telegram" kanalı məlumat verilib ki, uzunmüddətli geomaqnit pozğunluqları avqustun 8-də Günəş plazma buludunun Yerə gəlməsi, eləcə də ona tac dəliyinin təsirindən yarana bilər.