Bakı metrosunda xətlərin ayrılması layihəsinə start verilir. Məqsəd həm təhlükəsizliyi, həm də sürətli gediş-gəlişi təmin etməkdir. İlkin mərhələdə “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında yeni tunellərin qazılması işlərinə başlanılacaq.
“İki sahil” xəbər verir ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir.
SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib
SOCAR və "MOL Group" Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb