Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Bülbülə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib