“Starlink” peyk interneti Özbəkistanda 2026-cı ildə işə düşə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat “Starlink” saytında dərc olunub.
Amerikalı milyarder İlon Maska məxsus “SpaceX”in “Starlink” peyk internet xidmətinin yol xəritəsində Özbəkistanda buraxılış tarixi 2026-cı il olaraq göstərilir.
Əvvəllər “Starlink”in Özbəkistan bazarına 2023-cü ildə daxil olması planlaşdırılırdı. Daha sonra 2025-ci il göstərildi və indi bu müddət daha bir il uzadılıb.
“SpaceX” 2022-ci ildə Özbəkistanda irimiqyaslı layihələr həyata keçirməyə hazır olduğunu açıqlayıb.
“Starlink” rəsmi olaraq Qazaxıstanda 2025-ci il avqustun 13-də istifadəyə verilib. İndiyədək o, yalnız pilot rejimdə olub və yüksəksürətli internetdən əsasən kənd məktəbləri istifadə edib. İndi xidmət bütün istifadəçilər üçün açıqdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”