Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol kilsəsinin ruhanilərinə qarşı istifadə etdiyi sözlərə görə üzr istəyib.
“İki sahil” xəbər verir ki, müvafiq məlumat baş nazirin "Facebook" səhifəsində dərc edilib.
"Korrupsiyaya qarşı mübarizə komissiyası mənim çıxışımda iki məlum epizodla bağlı davranış qaydalarının pozulmasını qeyd edib. Bəzi qiymətləndirmələrlə tam razı olmasam da, üzr istəyirəm", - deyə Paşinyan yazıb.
Bununla yanaşı, o vurğulayıb ki, üzrxahlıq yalnız komissiyanın qərar qəbul etdiyi iki ifadəyə aiddir.
Qeyd edək ki, sözügedən komissiya N. Paşinyanın vəzifəli şəxsin davranış kodeksini pozduğu qənaətinə gəlib.
Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.