18 avqust 2025 01:15
88

İsraildə yüzlərlə etirazçı Netanyahunun partiyasının önünə toplaşıb

İsrailin paytaxtı Tel-Əvivdə yüzlərlə etirazçı Baş nazir Binyamin Netanyahunun "Likud" Partiyasının qərargahının önünə toplaşıb.

“İki sahil” "Times of İsrael"ə istinadən xəbər verir ki, Qəzzada müharibənin dərhal dayandırılmasını tələb edən etirazçılar partiya qərargahının qarşısında tonqal qalayıb.

Hazırda etirazçılarla polis arasında toqquşmaların yaşandığı bildirilir.

Təhlükəsizlik qüvvələri etirazçıların irəlilməsinin qarşısını almağa çalışır.