18 avqust 2025 00:38
93

“Könüllülər Koalisiyası” döyüşlər bitdikdən sonra Ukraynaya "çəkindirmə qüvvələri" göndərməyə hazırdır

"Könüllülər Koalisiyası" döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya çoxmillətli "çəkindirmə qüvvələri" göndərməyə hazır olduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

"Onlar döyüş əməliyyatları dayandırıldıqdan sonra "çəkindirmə qüvvələri"ni yerləşdirməyə və Ukraynanın səması ilə dənizlərinin təhlükəsizliyinin təmin olunmasına, silahlı qüvvələrin bərpasına kömək etməyə hazır olduqlarını bir daha vurğuladılar", - məlumatda qeyd olunub.

Bu məlumat Birləşmiş Krallıq, Fransa və Almaniyanın sədrliyi ilə 17 avqustda keçirilən "Könüllülər Koalisiyası"nın virtual iclasının nəticələrinə əsasən dərc edilib.