Dövlət Sərhəd Xidmətinin ali hərbi rütbələr verilən üç hərbi qulluqçusu ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu gün Xidmət rəisi general-polkovnik Elçin Quliyev həmin zabitlərlə görüşüb.
General-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinova isə general-mayor rütbələri təqdim edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümüdür.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub