Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Macarıstanda "Ferensvaroş"a qalib gəlib - 3:1. Bununla Ağdam klubu ölkə aktivinə 0,500 əmsal əlavə edib.
Hazırda Azərbaycan 19.500 əmsalla sıralamada 28-cidir. 27-ci pillədəki Ukraynanın 19.725 əmsalı var.
Siyahıya 90.839 əmsala İngiltərə liderlik edir.
Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.