20 avqust 2025 11:06
139

Azərbaycanlı basketbol hakimi İspaniya - Fransa oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə Avropa çempionatının oyununa təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, 16 yaşadək qızlar arasında təşkil ediləcək A divizionunun 1/4 final mərhələsində İspaniya - Fransa görüşünü idarə edəcək.

Bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.