Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbayacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azneft”dən məlumat verilib.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib
SOCAR və "MOL Group" Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb