21 avqust 2025 19:17
84

Rusiyada benzin qıtlığı var

Rusiya və işğal altındakı Ukrayna ərazilərində yanacaq çatışmazlığı daha da dərinləşir.

“İki sahil” xəbər verir ki, ölkənin müxtəlif bölgələrində yanacaqdoldurma məntəqələri qarşısında uzun avtomobil növbələri müşahidə olunur. Sürücülər həm yanacağın keyfiyyətindən, həm də bahalığından narazılıq edirlər.

Rəsmilər yanacaq qıtlığını əsasən neftayırma zavodlarında təmir işləri, kənd təsərrüfatında mövsümi yüklənmə və Ukrayna dron hücumları ilə əlaqələndirirlər.