21 avqust 2025 19:36
113

"Qırmızı bülleten"lə axtarılan üç nəfər Rusiyadan Türkiyəyə ekstradisiya olunub

"Qırmızı bülleten"lə axtarılan üç nəfər Rusiyadan Türkiyəyə ekstradisiya olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

Bildirilib ki, beynəlxalq axtarışda olan D., M.S. və S.G. barələrində müxtəlif maddələrlə cinayət işi açılmışdı.

A.Yerlikaya qeyd edib ki, cinayətkarların xarici ölkələrdən ekstradisiyası davam edəcək.