24 avqust 2025 21:23
149

“Araz-Naxçıvan” MPL-də ilk qələbəsini qazandı

Misli Premyer Liqasının 2-ci turunda “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlib.

İki sahil”in məlumatına görə, “Azersun Arena”da baş tutan oyunun 38-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Şarl Boli hesabı açıb. 53-cü dəqiqədə Ba-Muaka Simakala naxçıvanlıların üstünlüyünü iki topa yüksəldib. 78-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Aleks Serrano buraxılan qollardan birinin əvəzini çıxa bilib.

Misli Premyer Liqası,

2-ci tur

24 avqust (bazar)

19:30. “Turan Tovuz ” 1-2 “Araz-Naxçıvan”

Qollar: Şarl Boli, 38 (0-1), Ba-Muaka Simakala, 53 (0-2), Aleks Serrano, 78 - pen. (1-2)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Azersun Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”