25 avqust 2025 00:48
127

Azərbaycan güləş millisi dünya üçüncüsü olub

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.

“İki sahil” xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığma komanda hesabında dünya üçüncüsü olub. Komanda həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram) gümüş, Fəraim Mustafayev (67 kiloqram) isə bürünc medal qazanıb.