25 avqust 2025 12:30
163

Azərbaycan klubu yerli basketbolçusu ilə müqavilənin müddətini uzadıb

FIBA Avropa Kubokunda iştirak edəcək "Abşeron Lions" basketbolçusu Azər İbrahimovla müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Gənc oyunçu 2025/2026 mövsümündə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, Azər İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvüdür.