Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.
“İki sahil” xəbər verir ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub