Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir.
Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib.
Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən "Ba Dinh" Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.
Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.
Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub