04 noyabr 2016 20:49
574

Ukraynada “Qrom” adlı yeni raket kompleksi yaradılıb

“Pavloqradskiy ximiçeskiy zavod” dövlət müəssisəsi və “Yujnoye” konstruktor bürosu “Qrom” adlı yeni operativ-taktiki kompleks yaradıblar. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, yeniliyin müəllifləri bu kompleksi sınaqdan keçirməyə hazırlaşırlar.

Müəssisənin baş direktoru və baş konstruktoru Leonid Şimanın sözlərinə görə, “Qrom” kompleksi üzərində iş 2013-cü ildə, “Sapsan” operativ-taktiki kompleksinin yaradılması layihəsi bağlanandan sonra başlanıb. Müəssisə yeni kompleksin yaradılması üçün kredit resursları cəlb edib.

Hazırda “Qrom” kompleksinin sifarişçisi xarici ölkədir.

L.Şiman vurğulayıb: “Bu silah xaricdəki təcavüzkarın hücumunu qabaqlamağa, o cümlədən təcavüzkarın ərazisində yerləşən hər hansı texnogen obyektləri məhv etməyə imkan verir. Biz sentyabrdan başlayaraq işimizi fəal davam etdiririk, dekabr ayında stend və uçuş sınaqları üçün mühərrikləri hazır vəziyyətə gətiririk”.